Qar yağacaq Sabahın havası | Icma.az
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir. Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlən
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək.
Güclü şimal-qərb küləyi əsəcək.Milli Hidrometeorologiya Xidmətindən Medicina.az -a verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq.Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu