Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Suraxanı rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-TZ-559 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü buzlu yolda təhlükəli manevrlər edib. Belə ki, o, əl əyləcini çəkərək maşını əks istiqamətə fırladıb. Eyni zamanda sürücü maşını nasaz vəziyyətdə ön dövlət nömrə nişanı olmadan idarə edib. Hövsan qəsəbəsi ərazisində qeydə alınmış digər görüntüdə isə o, qarşı tərəfə keçərək avtomobili əks istiqamətə döndərib.
Nərmin