Qar yağışı səbəbiylə yolda qalan vətəndaşlar qurtarılıb

27.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Türkiyənin Tuncelinin bölgəsində güclü qar yağışı səbəbindən 3 avtomobilin yolda qalması xəbərini alan qruplar hərəkətə keçib.

Xalqcebhesi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən xəbər verir ki, Jandarma Komandanlığına bağlı qartəmizləyən aparat ilə təchiz edilmiş avtomobilin müşayiəti ilə bölgəyə jandarma və Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) qrupları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn qruplar yolu açıb və yolda qalan vətəndaşları xilas edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью