Qar yağması yollarda problemlərə səbəb oldu

11.08.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Afrika Respublikasında bir həftə soyuq və qarlı hava gözlənilir. Ölkənin böyük bir hissəsində qar yağışı, güclü külək və fırtına gözlənilir.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Milli Hava Xidməti məlumat yayıb.

"Sakinlərə hava proqnozlarını izləmək və pisləşən hava şəraiti gözlənildiyi üçün lazımi tədbirləri görmək tövsiyə olunur", - məlumatda vurğulanır.

Artıq ölkənin bir neçə bölgəsində qar yağıb və bu, Cənubi Afrika sürücüləri üçün problemlər yaradıb. "N3, R617, R74, N6 və N9 da daxil olmaqla əsas magistral yollar təsirlənib. Bəzi hissələr bağlıdır, digərləri isə təhlükəlidir. Sürücülərdən son dərəcə ehtiyatlı olmaları və mümkün olduqda lazımsız səfərləri təxirə salmaları tövsiyə olunur", - məlumatda bildirilib.

Kvazulu-Nataldakı R617 yolunda cəmi bir neçə santimetr qar yağsa da, yük maşınları qar yağışı səbəbindən tıxacda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью