Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Adətdən qış mövsümündə bizim ölkədə qar bir qədər çox yağmır və yağanda da insanlar sevincindən papaqların göyə atırlar.Sinoptiklərin verdiyi məlumata görə yanvarın 20- dən sonra ölkəmizdə qar yağacaq.Amma bizim ölkəmizə qar sevincdən çox çətinliklər yaradır.
Bunları bir- bir sadalayıb oxucularımızı yormaq istəmirik. Qarın yaratdığı problemlərdən biri də nəqliyyat vasitələri ilə bağlıdır.
Çünki soyuq havalarda qar yağanda yollar buz bağlayır, sürüşkən olur və qəzalar baş verir.
Ona görə də belə çətin hava şəraitinə hər bir sürücü hazır olmalıdır!
Bakı-Şamaxı- Ağsu avtomobil yolunda da qar yağanda nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.Bu barədə biz Yol Patrul Xidməti Alayının üçüncü tağımı ilə əlaqə saxladıq.
Tağım komandiri Yrfət Şükürov bildirdi ki, bizim əməkdaşlarımız həmişə çətin hava şəraitinə hazır olub.
Qar yağanda və yollar buz bağlayanda hərəkətin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görürük.