Qara bölgəsində 3 PKKlı zərərsizləşdirilib

20.11.2024

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara bölgəsində aşkarladıqları 3 PKK terrorçusunu zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “ensonhaber.com” saytı məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatları davam edir. Xain terror təşkilatının üzvləri sözün əsl mənasında qaçmaq üçün yer axtarırlar. İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda terrorçulara nəfəs almağa icazə verilmir. Terror təşkilatı PKK çoxlu itki verir. Həmin itkilərə yenisi də əlavə olunub.

Türkiyənin Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada 3 PKK-lının zərərsizləşdirildiyi açıqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью