“Qara delfin“ həbsxanasında ömürlük həbsdə olan keçmiş senator Araşukov aclıq elan edib

03.08.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Rusiyanın Orenburq vilayətindəki "Qara delfin" koloniyasında ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukov aclıq elan edib.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə onun vəkili Dmitri Trubnikov məlumat verib.

"Aclıq aksiyası 1 avqust şənbə günü elan edilib. Yalnız su içir", - deyə Trubnikov bildirib.

Onun məlumatına görə, məhbus işə çıxmaq hüququ olmadan cəza izolyatorunda (kamerasında) saxlanılır və iş fəaliyyəti üçün "normal şərtlərin" təmin olunmasını tələb edir.

Qeyd edilir ki, iyunun 2-də Trubnikov Araşukovun "individual" tikiş sexində işə çıxdığını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью