Qara dənizdə 5 bal gücündə zəlzələ baş verib

15.11.2024

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Yeraltı təkanlar 11 kilometr dərinlikdə olub

Qara dənizin Türkiyə və Gürcüstan sahillərində 5 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Gürcüstanın Seysmik Monitorinq üzrə Milli Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar 11 km dərinlikdə olub və Gürcüstanın sahil zolağından 61 km aralıda baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 13:02-də qeydə alınıb. Onlar sahilyanı Batumi şəhərində də hiss olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью