Qara dənizdə azərbaycanlıların olduğu gəmi batdı

23.10.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qara dənizdə Rumıniya sahillərində ticarət gəmisi batıb.

Axar.az xəbər verir ki, bu barədə “Realitatea Plus” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Rumıniya Hərbi Dəniz Donanması yardım çağırışı alıb.

Gəminin göyərtəsində 10-u ukraynalı, 3-ü Azərbaycan vətəndaşı olmaqla, 13 nəfər olub.

Bir nəfərin öldüyü bildirilib.

Axtarış-xilasetmə işləri davam edir.

Gəminin hansı səbəbdən batması barədə məlumat verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью