Qara dənizdə daha bir tankerdən həyəcan siqnalı verilib

17.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qara dəniz akvatoriyasında hərəkət edən tankerlərdən biri həyəcan siqnalı verib.

APA xəbər verir ki, bu barədə TASS operativ xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Qafqaz limanına yaxın akvatoriyada qeydə alınıb. Ekipajın təhlükəsiz vəziyyətdə olduğu bildirilib.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında da analoji hadisələr yaşanıb. Sahildən 8 kilometrlik məsafədə hərəkət edən iki ədəd tanker fırtına səbəbindən həyəcan siqnalı verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью