Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Buxarest, 15 oktyabr, AZƏRTAC
Rumıniyanın Sulina limanından təxminən 13 dəniz mili cənub-şərqdə San-Marino bayrağı altında üzən “Wine Trader” gəmisində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, Rumıniya Dəniz Administrasiyasının məlumatına əsasən, göyərtədə olan 12 nəfərdən 5-i xilas edilib, 7-nin axtarışı aparılır.
Əraziyə dəniz və hava xilasetmə vasitələri cəlb olunub. Rəsmi açıqlamada gəminin yük daşımadığı bildirilir.
Hadisənin səbəbi ilə bağlı hələlik məlumat verilməyib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest