Qara dənizdə gərginlik artır! Rusiya Türkiyə yük gəmisinə hücum etdi

12.12.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ukraynanın Odessa limanında lövbər salan Türkiyə yük gəmisinə zərbə endirib.

Turkustan.az xəbər verir ki, Ukraynanın son həftələrdə Qara dənizdə Rusiya tankerlərinə hücumlarından sonra Rusiya gərginliyi artıracaq bir addım atdı. Rusiya da oxşar hücumu Ukraynada həyata keçirdi.

Ukraynanın Odessa limanında Rusiya qüvvələri tərəfindən Türkiyəyə məxsus Cenk Roro yük gəmisi vurulub. Hücumdan sonra gəmidə yanğın baş verib. Ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az

Facebook WhatsApp Telegram Twitter Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью