Qara dənizdə gərginlik: Türkiyə gəmisi dronla vuruldu

21.08.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin “Akkon Lines” şirkətinə məxsus "RMS Team" konteyner gəmisi Qara dənizin neytral sularında pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində qəzaya uğrayıb 
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir.
 

"Yaxınlıqdan keçən başqa bir gəmi yardım siqnalına cavab verərək heyətin 11 üzvünü xilas edib. Təəssüf ki, heyətin bir üzvü itkin düşüb, müvafiq axtarış-xilasetmə xidmətləri məlumatlandırılıb", - deyə məlumatda qeyd olunur.


Hücumdan sonra gəmidə yanğın baş verib. “The Insider” nəşrinin xəbərinə görə, alov maşın bölməsini, yaşayış sahələrini və konteyner zonasını bürüyüb. “Akkon Lines” şirkətinin ilkin qiymətləndirməsinə görə, gəmi və içindəki yük tamamilə məhv olmuş sayılır. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью