Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qara dənizdə yük daşıyan iki gəmiyə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirilib.
XQ-nin məlumatına görə, hədəfə alınan gəmilərdən biri quru yük, digəri isə konteyner tipli olub. Bildirilir ki, gəmilərdən birində silah və döyüş sursatı, digərində isə hərbi-texniki təyinatlı yüklər daşınıb.
Zərbələrin Ukrayna ordusunun maraqları üçün istifadə olunan dəniz nəqliyyatı və liman infrastrukturu ilə bağlı obyektlərə qarşı həyata keçirildiyi qeyd olunur.
Hadisə ilə bağlı gəmilərin vəziyyəti və mümkün itkilər barədə əlavə məlumat verilməyib.