Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

21.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Qara dənizdə Gelencik və Novorossiysk arasında iki gəmi toqquşub.

Axar.az xəbər verir ki, bu barədə TASS operativ xidmətlərə istinadla məlumat yayıb.

“Qara dənizdə lövbərdə olan “Natiq Əliyev” gəmisi ilə “Beqonia S” gəmisi toqquşub. Toqquşma zamanı xəsarət alan olmayıb, ətraf mühitin çirklənməsi baş verməyib”, - məlumatda qeyd olunub.

Məlumata görə, toqquşmadan sonra gəmilər hərəkət edərək, ayrılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью