Qara dənizdə partlayan gəmi batdı 4 Azərbaycan vətəndaşı xilas edildi VİDEO

16.11.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisi batıb. Gəmidə olan 4 Azərbaycan və 8 Türkiyə vətəndaşı sağ xilas edilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan gəminin partlayış nəticəsində batdığı ehtimal olunur.

Hadisənin dəniz minasının partlaması və ya pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verməsi versiyaları araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью