Qara dənizdə qəzaya uğrayan “Volqoneft212” tankerinin kapitanı həbs edilib Doğru Xəbərlər

19.12.2024

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Simferopol məhkəməsi Qara dənizdə qəzaya uğrayan “Volqoneft-212” tankerinin kapitanını həbs edib.

Bu barədə Rusiyanın Krım üzrə İstintaq İdarəsindən məlumat verilib.

“Volqoneft-212” neft tankerinin kapitanı barəsində 17.02.2025-ci il tarixinədək iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Fövqəladə Hallar Nazirliyi daha əvvəl bildirmişdi ki, Qara dənizdə tankerlərlə fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün işlər davam edir . Krasnodar diyarında təxminən 10,7 km sahil xətti mazutdan təmizlənib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью