Qara dənizdə “Royad Mammadov” gəmisində yanğın, 2 ölü, 11 yaralı Video

05.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda taxıl daşıyan yük gəmisində yanğın baş verib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hadisə Türkiyə bayrağı altında üzən “Royad Mammadov” adlı gəmidə qeydə alınıb.

İlkin məlumata görə, gəmi dron hücumuna məruz qaldıqdan sonra yanıb. 

İnsident zamanı 2 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb. 

Bununla belə, Rumıniya rəhbərliyi gəminin dron hücumuna məruz qalmasını rəsmi olaraq təsdiq etməyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью