Qara dənizdə su məhsullarının ixracatından əldə edilən gəlir artıb

25.02.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

2025-ci ilin yanvar ayında Qara dənizdən ixrac edilən su məhsullarından 19 milyon 376 min 620 dollar gəlir əldə edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədri Saffet Kalyoncu bildirib ki, ilin ilk ayında bölgədən 17 ölkəyə su məhsulları ixrac edilib.

2025-ci ilin yanvar ayında Qara dənizdən 2798 ton su məhsulları ixrac edildiyinə diqqət çəkən Kalyoncu ixracdan 19 milyon 376 min 620 dollar gəlir əldə edildiyini bildirib.

Bölgə ixracında Rusiya Federasiyasının 6 milyon 451 min 269 dollarla birinci yerdə olduğuna diqqət çəkən Kalyoncu bu ölkəni 3 milyon 818 min 840 dollarla Yunanıstan və 2 milyon 473 min 997 dollarla Hollandiyanın izlədiyini vurğulayıb.

Kalyoncu keçən ilin ilk ayından fərqli olaraq bu mövsüm Qara dənizdən Yunanıstan və Ukraynaya çoxlu dəniz məhsulları ixrac edildiyini, ixracın və ölkə müxtəlifliyinin artırılması üçün səy göstərdiklərini bildirib.

Kalyoncu əlavə edib ki, bölgənin su məhsulları ixracatının qarşıdan gələn günlərdə daha yaxşı səviyyələrə çatmasını gözləyirlər.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Məsut Özil Ərdoğanın partiya rəhbərliyinə keçib

Dünya

Konqonun şərqində baş verən qarşıdurmalarda 7000 adam ölüb

Dünya

Fransa Almaniyada nüvə qüvvələri yerləşdirir..?

Dünya

Gürcüstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Dünya

Türkiyənin terrorla mübarizəsi davam edir

Dünya

Putin elan etdi

Dünya

Tatu etdirən jurnalist tənqid atəşinə tutuldu - FOTO

Dünya

4,5 milyon ukraynalı dayanıqlı sülh olduqda evlərinə qayıtmağı düşünür - Leyen

Dünya

BVF iqlim dəyişikliyi ilə mübarizə üçün Pakistana 1,5 milyard dollar ayıracaq

Dünya

Biri ölməsə, o biri dirilməz..?

Dünya

Ukraynaya qarşı müharibədən qayıdan rus əsgərləri...

Dünya

Rusiya köhnə dollarların qəbulu üçün komissiya tətbiq edir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью