Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

15.10.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 oktyabr, AZƏRTAC

Qara dənizin Rumıniya sahillərində, Sulina şəhərindən təxminən 13 dəniz mili cənub-şərqdə “Wide Trader” tankerində baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb.

AZƏRTAC Agerpres informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Bildirilib ki, San-Marino bayrağı altında üzən gəmidə ümumilikdə 12 nəfər olub. Onlardan 4-ü xilas edilib, 8 nəfərin axtarışı davam etdirilir.

Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Əraziyə helikopter və “SAR Apollo” axtarış-xilasetmə gəmisi göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью