Qara dənizdə yük gəmisi minaya düşdü

31.08.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qara dənizdə mülki gəmi minaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.

Onun sözlərinə görə, partlayış zamanı heyət üzvləri arasında xəsarət alan olmayıb:
“Hazırda gəmiyə baxış keçirilir. Ola bilsin ki, gəmi hərəkətə davam edəcək”.

Ukrayna Teleqram kanallarının məlumatına görə, minaya güşən Beliz bayrağı altında üzən “NS Pride” adlı yük gəmisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью