Qara dənizə neft axıb Rusiya fövqəladə vəziyyət elan edib

26.12.2024

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Qara dənizin Rusiyaya aid sahilyanı şəhərlərdə əsən güclü fırtına nəticəsində iki neftıə dolu tanker gəmisi toqquşub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə tankerlərədn dənizə neft axını başlayıb.

Məlumata görə, qısa zamanda dənizin üzü neftlə pərdələnib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qara dənizdəki fəlakət səbəbindən bölgədə fövqələdə vəziyyət elan olunub: "Hazırda axan neftin  qarşısını almaq və təmizləmək üçün qüvvələr səfərbər olunub".

Xəbərdə o da deyilir ki, bəzi türk şirkətlərinə məxsus gəmilər də yardıma qoşulub.

Zülfiyyə Mustafayeva
Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью