Qara görə dərslər dayandırılacaq? RƏSMİ CAVAB | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir.
Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır.
Qeyd edilib ki, məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.
Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir.
Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Tam oxu
Xəbəri oxu