Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Azərbaycanın xarici valyuta bazarında sabitlik davam edir.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bazarda ümumilikdə təklif tələbi üstələyir.
Məlumata görə, son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 1 ildə 1,8 faiz bəndi azalaraq sentyabrda 29 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1,8 milyard ABŞ dolları təşkil edib.
Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir.
AMB-nin 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib.