Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada nərə balığı istehsalçıları həyəcan təbili çalır: bazar saxtalaşdırılmış qara kürü ilə dolub.
"Ölkə.az" xəbər verir ki, məhsulun əhəmiyyətli hissəsi Çindən gətirilən ucuz surroqatdır və “yerli istehsal” adı altında satışa çıxarılır.
Məsələ ilə bağlı Союз осетроводов РФ bildirir ki, Çin istehsalçıları maya dəyərini kəskin endirmək üçün nərə balıqlarını GMO soya, quş lələklərindən hazırlanmış un və ictimai iaşə obyektlərində istifadə olunmuş fritöz yağlarının qarışığı ilə bəsləyir. Nəticədə, keyfiyyəti və təhlükəsizliyi ciddi suallar doğuran məhsul ortaya çıxır.
Biznes sxemi isə sadədir: Çin tərəfi bu surroqat kürünü kiloqramı 16–18 min rubla satır. Daha sonra Rusiyadakı kölgə təchizatçıları saxta sənədlər tərtib edərək məhsulu “Rusiya mənşəli” kimi rəsmiləşdirir, yenidən qablaşdırır və mağazalarda 40–100 min rubl aralığında satışa çıxarırlar. Qazananlar — Çin istehsalçısı, rus vasitəçi və pərakəndə satıcıdır. Uduzan isə istehlakçıdır: əvvəl məhsulu bahalı qiymətə alır, sonra sağlamlığını riskə atır.(Musavat.com)