Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin Mətbuat Xidmətindən məlumat yayıb.
Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki oyunçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.