Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Qara Qarayev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, ilkin məlumata görə, hadisə “Chevrolet”, “Ford” və “Changan” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı sürücülər və avtomobillərdə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib.
Hadisə səbəbilə prospektdə nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb. Əraziyə dərhal yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Fərid Yusifov