Qara Qarayevdən jest: təklifi qəbul etmədi, 1000 manata razı oldu

04.06.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin əvvəlindən "Araz-Naxçıvan"ın formasını geyinən Qara Qarayev daha 1 il burada qalacaq.

Ölkə.Az sportinfo-ya istinadən xəbər verir ki, millinin 32 yaşlı sabiq üzvü bir sıra sərfəli təkliflər alsa da, üstünlüyü Muxtar Respublika təmsilçisinə verib.

I Liqaya vəsiqə qazanmış "Şəfa" aylıq 10 min manat qarşılığında onunla anlaşmağa cəhd göstərib. Qara isə karyerasının ən çətin dönəmində dəstək aldığı "Araz"ın rəhbərliyinin jestini qiymətləndirib.

Maliyyə şərtlərini arxa plana keçirən futbolçu 7000 manat qarşılığında kontraktı uzadıb. Bu isə başa çatan mövsümlə müqayisədə yalnız 1000 manat artıqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью