Qara Qarayevə 100 minlik TƏKLİF

29.05.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mövsümün yekunlarına görə, I Liqaya vəsiqə qazanan "Şəfa" klubu yerli futbolçulara cəlbedici təkliflər göndərməkdə davam edir. “Səbail”in qapıçısı Alirza Müştebezadə ilə ilkin razılıq əldə edən paytaxt təmsilçisi daha bir diqqətçəkən transferə hazırlaşır.

News24.az xəbər verir ki, “Şəfa” millinin sabiq üzvü Qara Qarayevə təklif göndərib.

Klub rəhbərliyi 32 yaşlı futbolçuya ibir mövsüm üçün 100 min manat ödəməyə razılıdr.

Qeyd edək ki, Qaranın "Araz-Naxçıvan"la müqaviləsi iyunda başa çatır. O, 2024/25 mövsümündə Naxçıvan klubunun heyətində ümumilikdə 24 oyuna çıxıb./Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью