Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

24.06.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub.

Milli.Az xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşaraq bir barel üçün 76,47 ABŞ dollarına düşüb.

Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin 2026-cı ilin iyun ayı üzrə fyuçers müqavilələrinin qiyməti 0,76% geriləyib. Nəticədə bir barel neftin dəyəri 72,65 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью