Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
17-ci əsrin sonlarında holland tədqiqatçılar Qərbi Avstraliyada qara qu quşunu ilk dəfə kəşf edənə qədər qu quşlarının yalnız ağ rəngdə olduğuna inanılırdı. Nəzəriyyə haqqında ilk dəfə amerikalı riyaziyyatçı və iqtisadçı Nassim Taleb 2004-cü ildə "Təsadüfün aldatdıqları" kitabında yazıb, 2007-ci ildə isə termini "Qara qu quşu. Gözlənilməzlik əlaməti altında" kitabında təqdim edib.
Taleb hər hansı hadisənin "qara qu quşlarına" aid edilə biləcəyi üç əsas meyarı təklif edib: ekspertlər üçün də gözlənilməz sürpriz olması, mühüm nəticələr verməsi və hadisə baş verdikdən sonra rasional əsaslandırmanın ortaya çıxması. Talebin fikrincə, Birinci Dünya Müharibəsi (Frans Ferdinandın Qavrila Prinsip tərəfindən öldürülməsi ilə başladı), SSRİ-nin dağılması, 2001-ci il 11 sentyabr terror aktı və 2008-ci il qlobal maliyyə böhranı belə hadisələrə parlaq nümunələrdir.
Onlar nədən yaranır?
"Qara qu quşlarının" meydana çıxmasını vaxtında proqnozlaşdırmağa mane olan başlıca səhvlər bunlardır:
• “Qovuq” effekti - insanlar öz ətraflarında və ya avtoritet hesab etdikləri insanlar arasında yayılan məlumat və fikirlərə inanmağa daha çox meyllidirlər. Ona zidd olan şeyləri nəzərə almırlar;
• Real həyatda riyazi metodlardan həddindən artıq istifadə. Məsələn, “oyun nəzəriyyəsi”ndən tez-tez lotereyada və ya kartda udmaq ehtimalını proqnozlaşdırmaq üçün istifadə olunur. Praktikada hər şey daha mürəkkəbdir və hətta bilmədiyimiz amilləri də nəzərə almaq lazımdır;
• Retrospektiv təhlilin tətbiqi: keçmişə əsaslanaraq gələcək hadisələri proqnozlaşdırmaq. Əvvəlki paraqrafda olduğu kimi burada da başlıca səhv proqnoz vermək üçün kifayət qədər bildiyimizi və hər şeyin eyni ssenari üzrə inkişaf edəcəyini düşünməkdir.
COVID-19 “qara qu quşu” idimi?
Bu fikir çox yayğındır. Koronavirus qlobal dünyanın kövrəkliyini, dövlətlərin effektiv və ahəngdar hərəkət edə bilmədiyini nümayiş etdirdi. Nəticədə biz təcrid olunmuş və sərhədlərlə bölünmüş vəziyyətə düşdük, iqtisadiyyat xaosa qərq oldu, ÜST gecikmiş və ziddiyyətli tövsiyələr verdi. Pandemiya əsl “qara qu quşu” kimi dünya ictimaiyyəti üçün gözlənilməz oldu və qlobal nəticələrə gətirib çıxardı.
“Qara qu quşları” həyatımıza necə təsir edir
2007-ci ildə kitabının işıq üzü görməsi ilə yanaşı, “The New York Times” qəzetində dərc etdirdiyi məqaləsində Taleb "qara qu quşlarının" dünya haqqında əsas anlayışımıza təsirini izah etdi: “Tək bir müşahidə milyonlarla ağ qu quşunun min İllər boyu aparılan müşahidəsinə əsaslanan ümumi inamı sarsıda bilər. Sizə lazım olan bircə dənə qara qu quşudur”.
Başqa sözlə, bu cür hadisələr dünya haqqında təsəvvürümüzü kökündən alt-üst edir, onun əsaslandığı hər şeyin kifayət qədər etibarsız və hətta xəyali konstruksiya olduğunu göstərir. Bu tezis hər kəsə məlum olan prinsip və düsturlara əsaslanan ekspert qiymətləndirmələrinə və proqnozlarına inamsızlıq yaradır.
Talebin sözlərinə görə, investisiya proqnozları astrologiyadan etibarlı deyil. İlk "qara qu quşu" bazarı çökdürə və ya əksinə, müəyyən aktivlərin kəskin artımına səbəb ola bilər. Heç kəs də buna hazırlaşa bilməz: “Biz neftə olan tələbatı 30 il üçün proqnozlaşdırır, ancaq gələn ilin yayında onun necə olacağını bilmirik. Siyasi və iqtisadi proqnozlardakı ümumi səhvlər elə dəhşətlidir ki, onların siyahısına baxanda oyaq olduğuma əmin olmaq üçün özümü çimdikləmək istəyirəm”.
Tezislərinin təsdiqi kimi Taleb 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş hadisələri misal gətirir. Onda hadisələrin inkişafı son dərəcə inanılmaz göründüyündən heç kəs bütün mümkün riskləri obyektiv qiymətləndirmədi. Nyu-Yorkun tam mərkəzində baş verən partlayış son dərəcə riskli və həyata keçirilmək baxımından olduqca çətin idi. Bununla belə, baş verdi.
Taleb "qara qu quşları" nəzəriyyəsini sağlığında qiymətləndirilməyən məşhur şəxsiyyətlərə - məsələn, Edqar Allan Po və ya Artur Remboya da şamil edir. Onun fikrincə, adi məntiqi yanaşmalardan əl çəksəydik, onların zamanı qabaqlayan istedadını vaxtında qiymətləndirərdik.
"Qara qu quşlarının" zühurunu proqnozlaşdırmaq mümkündürmü?
Taleb ilk növbədə ənənəvi bilik mənbələrinə yenidən baxmağı təklif edir. Biz onların köməyi ilə dünya və əsas hadisələr haqqında təsəvvür formalaşdırırıq. Jurnalistlər çox vaxt izləyicilərini hökmən maraqlandıracaq şeylərə diqqət yetirirlər, onların darıxdırıcı və ya əhəmiyyətsiz saydıqlarına məhəl qoymurlar. Bu bizim üçün təhrif olunmuş və qeyri-obyektiv mənzərə yaradır.
Reallığın ideyalarımızla nə dərəcədə ziddiyyət təşkil etdiyini qiymətləndirmək üçün Taleb həyatımızdakı bütün parlaq hadisələri xatırlamağa və onların bizim üçün nə qədər proqnozlaşdırıla biləcəyini qiymətləndirməyə dəvət edir. Çünki hadisələr nə qədər gözlənilməz olarsa, onların təsiri də bir o qədər çox olur.
Talebin fikrincə, baş verənlərə ən çox təsir edən məhz bizdən gizlədilən məlumatlardır. Qərar qəbul edərkən adətən yalnız məlum faktlara diqqət yetiririk. Məsələn, 1930-cu illərdə fransızlar 20 il əvvəl alman işğalının baş verdiyi yerdə müdafiə istehkamı olan Majino xəttini ucaltdılar. Bir neçə ildən sonra Hitler ondan asanlıqla yan keçərək, Fransaya başqa tərəfdən soxuldu.
Nassim Taleb fikrimizi norma hesab etdiyimiz şeylərdən yayındırmağa, qeyri-adi və müstəsna olana diqqət yetirməyə çağırır. Hamıdan öndə olmaq üçün ən gözlənilməz ssenariləri nəzərdən keçirmək və ən gözlənilməz ideyaları təklif etmək lazımdır: “Sosioloqların iddialarının əksinə olaraq, demək olar ki, bütün mühüm kəşflər və texniki ixtiralar strateji planlaşdırmanın nəticəsi deyil, sadəcə “qara qu quşlarıdır”. Elm adamları və iş adamları mümkün qədər az planlaşdırmalı, şansı əldən verməməyə çalışaraq mümkün qədər çox improvizasiya etməlidirlər”.
11 sentyabr hadisələrinə qayıdan Taleb hücumların qarşısının alına biləcəyini iddia edir. Bunun üçün təyyarələrə içəridən və çöldən etibarlı şəkildə bağlanan gülləkeçirməz qapıların quraşdırılması kifayət idi. Ancaq aviaşirkətlər real təhlükə olmadan belə bahalı işlərə getmirlər. Ancaq hadisədən sonra hakimiyyət hündürmərtəbəli binalarda təhlükəsizlik tələblərini artırıb və hava limanında sərnişinlərin yoxlanmasını gücləndirib.
“Qara qu quşu” və kəpənək effekti
Kəpənək effekti bu nəzəriyyə çərçivəsində fenomendir. Ona əsasən müəyyən bir xaotik sistemin elementinə əhəmiyyətsiz bir təsir belə böyük və gözlənilməz nəticələrə səbəb ola bilər. Ən parlaq illüstrasiya keçmişdəki kiçik hadisələrin qəhrəmanların gələcəyini tamamilə dəyişdirdiyi eyni adlı filmdir.
Kəpənək effektinin “qara qu quşu” nəzəriyyəsi ilə ortaq cəhəti odur ki, hər iki halda söhbət gözlənilməz, lakin çox əhəmiyyətli hadisələrdən gedir. Bununla belə, kəpənək effektindən əsasən təbiət elmlərindən, təbii sistemlərdən danışarkən istifadə olunur. Burada hər hansı bir xırda hadisə gözlənilmədən yarana və bütövlükdə bütün sistemə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, hava hadisələri qəfil iqlim dəyişikliyinə və ya təbii fəlakətlərə səbəb ola bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Taleb hər hansı hadisənin "qara qu quşlarına" aid edilə biləcəyi üç əsas meyarı təklif edib: ekspertlər üçün də gözlənilməz sürpriz olması, mühüm nəticələr verməsi və hadisə baş verdikdən sonra rasional əsaslandırmanın ortaya çıxması. Talebin fikrincə, Birinci Dünya Müharibəsi (Frans Ferdinandın Qavrila Prinsip tərəfindən öldürülməsi ilə başladı), SSRİ-nin dağılması, 2001-ci il 11 sentyabr terror aktı və 2008-ci il qlobal maliyyə böhranı belə hadisələrə parlaq nümunələrdir.