Qara xəbər Tovuzda işləri dayandırıb? klubdan açıqlama

10.06.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 25-də UEFA-nın əməkdaşı Tovuz şəhər tadionuna baş çəkərək burda görülən işlərlə maraqlanmışdı. Ziyarətin əsas məqsədi stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması idi. Sonda stadionun bu kateqoriyanı alması üçün zəruri olan şərtlər, eləcə də yerinə yetirilməsi lazım gələn tapşırıq və tövsiyələr klub rəhbərliyinə çatdırılmışdı.

Amma sonradan vəziyyət dəyişdi. Daha dəqiqi, UEFA iyunun 2-də AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas gətirib, "Turan Tovuz"u 2026/27 mövsümündə Konfrans Liqasından uzaqlaşdırmaqla bağlı qərar verdi.
Bu xəbər Tovuzda əhval-ruhiyyəyə necə təsir göstərib? Stadionda hələ də hansısa işlər görülürmü? "Football-plus.az"ın sualını klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev cavabladı:

"Stadionda işlərimiz planauyğun şəkildə davam edir və artıq yekunlaşmaq üzrədi".


MURAD ABDULLAZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью