Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Qarabağ” sabah Çempionlar Liqasında növbəti oyuna çıxacaq.
Elə-belə yox, taleyüklü oyuna. Rəqib isə Almaniyanın Frankfurt şəhərini təmsil edən “Ayntraxt”dı. Son günlər Bakıda hava qeyri-sabitdi.
Bəs sabah, oyun saatında necə olacaq? Proqnozlarda gündüz +3 dərəcə, gecə isə 0 dərəcə olacağı deyilir.
Bugünlə müqayisədə daha mülayim hava olacaq. Oyun zamanı yağıntı gözlənilmir.
Matç start götürəndən sonra hərarət 0 dərəcəyə enəcək, amma hiss olunan hava -8 dərəcədi.
Ümid edək ki, soyuq hava şəraiti “Qarabağ”ın oyununa təsir göstərməyəcək.
-13 dərəcədə Budedə qələbə qazanan “köhlən atlar” bu soyuq havada da qəlbimizi isidəcək. İsidə bilər?
İsidə bilər!MÜZƏFFƏR QULUZADƏ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.