Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.
Sportal.az xəbər verir ki, nəticəsi ləğv olunan “İmişli” – “Sumqayıt” matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.
Ən çox seyrçi XXVIII turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.
Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.
Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.
“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici - 2473)
KLUB TAMAŞAÇI OYUN ORTA 1 Qarabağ 51167 17 3010 2 Neftçi 44693 16 2793 3 Sumqayıt 39560 16 2473 4 Turan Tovuz 34550 16 2159 5 Karvan-Yevlax 27380 17 1611 6 Sabah 23623 17 1390 7 Şamaxı 18150 17 1068 8 Kəpəz 13150 16 822 9 Zirə 12350 17 726 10 Qəbələ 9670 16 604 11 İmişli 7765 16 485 12 Araz-Naxçıvan 3720 17 219 cəmi 285778 198 1443 saytlarin hazirlanmasi