“Qarabağ” 1 ci, “Neftçi” 2 ci oldu

21.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

Futbolpress.az xəbər verir ki, nəticəsi ləğv olunan “İmişli” – “Sumqayıt” matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi XXVIII turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.

Bu komandaların eyni arenada keçirilən XXII turdakı matçı siyahıda ikinci yerdədir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanında keçirdiyi oyunlarda da tamaşaçı sayına görə 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici – 2473)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью