Qarabağ 10 pillə irəlilədi, Sabah 16

11.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların aprel ayı üçün reytinqini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 501 klub arasında 4 Azərbaycan təmsilçisinin adı var.

Bunlar "Qarabağ", "Zirə", "Sabah" və "Araz-Naxçıvan"dır.  "Qarabağ" (143,5 xal) 124-cü yerdən 114-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin ən yaxın izləyicisi Türkiyə kimandası "Başakşəhər"dir.

"Zirə" (94,75 xal) 220-ci yerdən 233-cü sıraya düşübsə, "Sabah" (68,5 xal) 393-cü pillədən 367-ci yerə qalxıb. 58,75 xalı olan "Araz-Naxçıvan" da yetərincə irəliləyə bilib. Muxtar Respublika təmsilçisi 492-ci pilləni 454-ə dəyişib.

1-ci yerdə "Real Madrid"dirsə (490 xal), onu əzəli rəqibi "Barselona" (434 xal) təqib edir. "3-lüy"ü Milan "İnter"i (390 xal) qapayır.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью