“Qarabağ” 13 cü turun son oyununda “Sumqayıt”ı qəbul edəcək

29.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasında noyabrın 29-da “Qarabağ” və “Sumqayıt” futbol komandaları arasında növbəti qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, tərəflərin 56-cı duelinə “Azersun Arena” ev sahibliyi edəcək.

Saat 17:00-da başlayacaq matçda baş hakim Kamranbəy Rəhimovun qərarlarına VAR otağından Əliyar Ağayev və Akif Əmirəli dəstək verəcəklər. Kamran Bayramov və Orxan İbişov yan xətt hakimləri, Nazim Abdullayev isə dördüncü hakim olacaq. Görüşün hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Elçin Məmmədovdur.

Komandaların 2011-ci ildən başlayan çempionat qarşılaşmalarının tarixində “Qarabağ”ın aşkar üstünlüyü var. Ağdam təmsilçisi 55 oyundan 42-də qələbə qazanıb, səkkizində məğlub olub, beşində isə meydanı bir xalla tərk edib. Bu görüşlərdə vurulan 164 qoldan 135-i “Qarabağ”ın hesabına yazılıb.

“Qarabağ” son üç qarşılaşmada “Sumqayıt”a qalib gəlib. Bununla belə, Ağdam təmsilçisi 2025-ci il avqustun 22-də rəqibi ilə keçirdiyi son ev oyununda 0:1 hesabı ilə məğlub olub.

Cari mövsümdə isə komandalar avqustun 31-də Sumqayıtda qarşılaşıblar. Həmin oyunda “Qarabağ” minimal hesabla qalib gəlib - 1:0.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью