Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ” bu həftə Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda “Olimpiakos”la Yunanıstandakı görüşlə cari Avropa mövsümündəki çıxışını başa vuracaq.
Manset.az xəbər verir ki, uğursuz nəticələrə baxmayaraq, ağdamlılar bu mövsümü maliyyə baxımından aktiv hesab edə bilər.
İndiyədək Azərbaycan çempionu 8 milyon 600 min avro (təxminən 15,3 milyon manat) əldə edib.
Bunun 4,3 milyon avrosu (təxminən 7,65 milyon manat) Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə, eyni məbləğ isə Avropa Liqasının əsas mərhələsinə yüksəldikləri üçündür.
“Qarabağ” əsas mərhələdə bir qələbəyə (Norveç “Bodo-Qlimt” üzərində – 2:1) daha 450 min avro (təxminən 800 min manat) qazanacaq.
Son turda isə “Olimpiakos”u məğlub edəcəyi təqdirdə “köhlən atılar” eyni məbləği alacaq, heç-heçə isə 150 min avro (təxminən 266 min manat) nəzərdə tutulub.
Belə ki, Ağdam komandası artıq 9 milyon avrodan çox (təxminən 16,01 milyon manat) qazanıb, lakin müxtəlif kiçik bonuslar, xüsusən də televiziya yayımlarına görə klublara ayırmaları nəzərdə tutan marketinq komponenti hesabına bu rəqəmi yaxşılaşdıra bilər.