Qarabağ 2 braziliyalı ilə danışıqlara başlayıb: Əgər alınmasa...

05.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Qarabağ" yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün indidən işlərə başlayıb.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Portuqaliyada çıxış edən 2 braziliyalı yarımmüdafiəçi ilə hazırda danışıqlar aparır.

Daha əvvəl Portuqaliyadan komandaya cəlb olunan futbolçuların performansından razı qalan "köhlən atlar" transfer xəttini dəyişmək istəmir. 

Məlumata görə, əgər həmin futbolçularla razılıq əldə edilməsə, sonuncu variant kimi Patrik Andradenin müqavilə müddəti artırılacaq.

Kabo-verdeli oyunçunun özü də komandada qalmaq niyyətindədir.

Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Millimizdən inamlı qələbə - FOTO “Şamaxı” futbolçusu ilə müqavilə yeniləyib XXIX turun təyinatları açıqlandı Millimizin baş məşqçisi: “Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm” Şahin Şahniyarov: "Lionel Messi kimi Avropada çıxış etmək istəyirəm"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью