“Qarabağ” 2025ci ildə ilk məşqə çıxdı Şəkillər

03.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Qarabağ" mövsümün qalan hissəsi üçün hazırlığa start verib.

QOL.az xəbər verir ki, komanda bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında ilin ilk məşqinə çıxıb.

"Qarabağ" Bakıdakı toplanış çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 9-da “Kəpəz”lə, üç gün sonra isə “Zirə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasında qış çempionu olub. Komandanın aktivində 47 xal var. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью