“Qarabağ” 24 il sonra bunu bacardı

25.11.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.

Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.

Buna nail olan ilk komanda Sumqayıt “Xəzər”i 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/95, “Neftçi” isə iki dəfə – 1996/97 və 2000/01 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. “Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.

Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Böyük beşlik, Əsas xəbərlər 100-ə çatıb, 4-cü oldu

25 Noyabr 2024, 10:15

Dünya futbolu, Əsas xəbərlər Kosmetoloq Ronaldonu məhkəməyə verdi

25 Noyabr 2024, 9:54

Böyük beşlik, Əsas xəbərlər Amorim vaxt istədi

25 Noyabr 2024, 9:39

Böyük beşlik, Əsas xəbərlər Van Nistelroy Almaniya klubunda işləyə bilər

25 Noyabr 2024, 9:26

Əsas xəbərlər, Ölkə futbolu Krivotsyuk: “Mövsümün necə çətin olduğunu ifadə etmək asan deyil”

25 Noyabr 2024, 9:17

Əsas xəbərlər, Premyer liqa Premyer Liqa: Tovuz və Sumqayıt zirvəyə şərik oldu

25 Noyabr 2024, 9:00

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью