“Qarabağ” “24 lük”dən çıxdı Bakıda mühüm oyun

21.01.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında VII turun 8 oyunu dünən baş tutub.

Futbolpress.az xəbər verir ki, matçlardan sonra Azərbaycan təmsilçisi “Qarabağ” turnir cədvəlində geriləyib. Oyun gününə qədər 21-ci pillədə olan “atlılar” nəticələrdən sonra “24-lük”dən çıxıb və 25-ci pilləyə düşüb.

“Qarabağ” bu gün Bakıda “Ayntraxt”ı qəbul edəcək. Azərbaycan çempionu bu matçda qələbə qazanacağı halda, yenidən “24-lüy”ə daxil olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью