Qarabağ 261 gün sonra eyni uğursuzluğu yaşadı

03.02.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb. Sport24.az xəbər verir ki, Ağdam klubu XXI turda səfərdə "Zirə"yə 2:3 hesabı ilə uduzub.

Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.

"Qarabağ" sonuncu dəfə ötən mövsümün "Turan Tovuz"la görüşündə 3 qol buraxmışdı. Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də "Qarabağ" bir hissədə 3 top buraxıb.

Ötən tur "Turan Tovuz"a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/18 mövsümünün sonunda "Qarabağ" "Neftçi"yə 0:1, indi "Şamaxı" adlanan "Keşlə"yə 0:3 hesabı ilə uduzub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью