“Qarabağ” “28 Mall”da “Fan Shop” mağazası açır

27.07.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ" futbol klubunun yeni rəsmi "Fan Shop" mağazası "28 Mall"da fəaliyyətə başlayacaq.

İdman.Biz xəbər verir ki, müasir konsepsiya əsasında yaradılan yeni mağazada "Qarabağ" FK-nın rəsmi oyun formaları, məşq və gündəlik geyimləri, fan atributları, aksesuarlar, suvenirlər və digər lisenziyalı məhsullar satışa çıxarılacaq. Yeni "Fan Shop" azarkeşlərin klubun rəsmi məhsullarına daha rahat və əlçatan şəkildə sahib olmasına imkan yaradacaq.

"Fan Shop" mağazasının açılışının avqust ayının ortalarında baş tutması gözlənilir. Açılışın dəqiq tarixi, keçiriləcək xüsusi tədbirlər və azarkeşlər üçün nəzərdə tutulan kampaniyalar barədə məlumat yaxın günlərdə "Qarabağ" FK-nın rəsmi informasiya resurslarında açıqlanacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью