“Qarabağ” 4 5 qol vurmaq istəyərdi, amma bəzən olmur” Video

19.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” 4-5 qol vurmaq istəyərdi, amma bəzən olmur” - Video

“Bilirdik ki, bizi asan oyun gözləmir. Elə də oldu”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib Misli Premyer Liqasının VI turunda “Şəfa”nı məğlub etdikləri (1:0) oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Fransız futbolçu qarşılaşmanın çətin alındığını bildirib: “Rəqib də rahat oynamağa imkan vermədi. Buna baxmayaraq, önəmli olan 3 xaldır. Əsas odur ki, bəzən istədiyin oyunu göstərə bilməyəndə belə, qələbə qazanasan”.

“Çətinliklə qələbə qazanmağınıza səbəb nə idi?” sualını 25 yaşlı futbolçu belə cavablandırıb: “Bilmirəm. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Düzdür, bəzən oyunumuz yaxşı alınır, bəzən yox. Təbii ki, biz daha yaxşısını etmək, rahat qələbə qazanmaq istəyirik. Hər matçda 4-5 qol vurmağı arzulayırıq. Lakin bu, bəzən alınmır. Əsas belə çətin anlarda qələbə qazanmaqdır”.

Посмотреть эту публикацию в Instagram

Публикация от QOL.az - Football/sports news (@qolaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью