“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

17.06.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” futbol klubu mövsümlərarası fasilədə bir legionerinin komandadan getməsinə icazə verməyib.
Bizim.Media xəbər verir ki, söhbət ispaniyalı legioner Coni Montieldən gedir.
Adı açıqlanmayan bir klub yarımmüdafiəçi üçün Ağdam klubuna 500 min dollar təklif edib.
Ancaq klub rəhbərliyi futbolçunu satmaqdan imtina edib. Baş məşqçi Qurban Qurbanov Coni Montieli əsas heyət üzvü kimi görür və onun komandada qalmasını istəyir.
Qeyd edək ki, Coni Montielin “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi var.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью