Qarabağ 9 cu, Kevin Medina 3 cü pillədə

30.01.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsini topu ələ keçirmə sayına görə 9-cu yerdə başa vurub.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 333 topu ələ keçirmə sayına malikdir və "Tottenhem”, “Bodo-Qlimt" 332, "Borussiya”(Dortmund) və PSV-nin aktivində isə daha çoxdur -342 dəfə. İlk üçlükdə "Atletik”(Bilbao) (409), “Union” (370) və "Olimpiakos" (360) yer alıb.

Bundan əlavə, "Qarabağ"ın müdafiəçisi Kevin Medina topu ələ keçirmə sayına görə üçüncü yerə yüksələrək Çexiyanın "Slavia”(Praqa) komandasının müdafiəçisi David Zima (62) ilə eyni göstəriciyə malikdir.

Burada isə ən yaxşı vəziyyət “Atletik”in müdafiəçisi Aytor Paredesindir (77). "Atalanta"nın müdafiəçisi Odilon Kossu da 2-ci pillədədir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью