Qarabağ a 6 qol vuran Liverpul bu dəfə məyus oldu

09.02.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Futbol üzrə İngiltərə Premyer Liqasında XXV tura yekun vurulub.

Globalinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Kristal Pelas” səfərdə “Brayton”u 1:0 hesabı ilə məğlub edib.

Turun bağlanış oyununda isə “Liverpul” öz meydanında “Mançester Siti”yə uduzub – 1:2. Görüşdə hesabı Dominik Soboslainin vurduğu qolla Mersisayd təmsilçisi açsa da, qonaqlar geridönüş edə biliblər. Əvvəlcə Bernardu Silva, ardınca isə Erlinq Holann fərqlənərək, yekun hesabı müəyyənləşdiriblər.

Bu nəticədən sonra xallarını 50-yə çatdıran “Mançester Siti” 2-ci pillədə qərarlaşıb. “Liverpul” isə 39 xalla 6-cıdır. Turnir cədvəlinə 56 xalla “Arsenal” başçılıq edir.

Qeyd edək ki, bir müddət əvvəl “Liverpul” həmin stadionda “Qarabağ“ı 6-0 məğlub etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью