Qarabağ a 9 qol vuracağıq Atletik in məşqçisi

17.10.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Atletik Bilbao"nun baş məşqçisi Ernesto Valverde mətbuata açıqlama verib.

Milli.Az idman.biz-ə istinadən xəbər verir ki, Valverde bildirib ki, komandası "Qarabağ"ın oyunlarını diqqətlə izləyib və qarşılaşmada təhlükəli, bol qollu oyun göstərmək niyyətindədir.

Baş məşqçi oyunçularına tapşırıq da verib: "Qarabağ"ın qapısına mümkün qədər çox - hətta 9 top - vursunlar".

Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki növbəti oyunu oktyabrın 22-də keçiriləcək. Bu qarşılaşmada ağdamlılar "Atletik Bilbao" komandası ilə üz-üzə gələcəklər. Matç İspaniyanın Bilbao şəhərindəki "Estadio San Mames" stadionunda baş tutacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью