Qarabağ a qalib gəlmək lazımdır Mirça Rednik

21.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Rumıniya FCSB-sinə qarşı keçirəcəyi matç haqqında danışıb.

QOL.az digisport.ro-ya istinadən xəbər verir ki, hazırda Rumıniyanın digər br klubu “UTA Arad”ı çalışdıran mütəxəssis Ağdam təmsilçisi ilə görüşün FCSB üçün çətin olacağını deyib:

"Bizim itirəcəyimiz heç nə yoxdur. Yalnız qalib gəlmək lazımdır. "Qarabağ"ın yaxşı heyəti, keyfiyyəti var. Öz ölkələrinin ən yaxşısıdırlar.

FCSB matça ciddi yanaşmalıdır. "Qarabağ"a çox sərmayə qoyublar. FCSB-nin hücum futbolu oynamağını istəyirəm, amma nə edəcəyini ən yaxşı Cici Bekali (FCBS-nin sahibi - red.) bilir”.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - FCSB matçı saat 21:45-də başlayacaq. Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cü yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью